06.12.2022-ci il tarixdə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası və Dövlət Məşğulluq Agentliyinin əməkdaşlığı çərçivəsində Dekabr ayı ərzində «Ayın Mərkəzi» adlı layihənin ilk görüşü keçirildi.
Mərkəzi karyera filialının əməkdaşı Rüstəm Məmmədovun "Düzgün karyera planlamasının 5 addımı” mövzusunda seminarı baş tutdu. Görüşün açılışımda Mərkəzi karyera filialının şöbə müdiri Lalə Rəsulova Layihənin əsas məqsədinin “Global Karyera ayı” ərzində universitetlərin
Karyera Mərkəzləri ilə əməkdaşlığın gücləndirilməsi, mərkəzlərin aidiyyəti üzrə məhsuldar fəaliyyətinə dəstək göstərilməsi, tələbələrlə karyera mərkəzi arasında əlaqələrin genişləndirilməsi istiqamətində dəstək göstərmək olduğunu bildirdi və tələbələrin gələcək karyeralarının düzgün qurulmasında Dövlət Məşğulluq Agentliyinin təşkil etdiyi “ALO Karyera”, “İxtisas bələdçisi”, “Tələbə inkişaf platforması”, “Bacar Layihəsi” və digər layihələri haqqında ətraflı məlumat verdi.
Daha sonra Rüstəm Məmmədov Karyera planlaması haqqında tələbələrlə ətraflı müzakirələr apardı. Onların gələcək karyeralarının inkişafında hansı mərhələlərdən keçməli olduqları, hansı sahələri araşdırmalı, hansı bacarıqlara sahib olmaları haqqında ətraflı məlumat verdi. Görüş interaktiv formada keçdi.