02.12.2022-ci il tarixdə İNK Akademinin təsisçisi Orxan Salmanov tərəfindən AƏSMA tələbələri üçün "Marketinqin bazar iqtisadiyyatında artan önəmi, 2023-cü il hədəfləri" mövzusunda təlim keçirildi. Təlimdə marketinqin mövcud və gələcək perspektivləri, inkişaf dinamikləri, 4P, mövcud marketinq strategiyaları, SMM haqqında tələbələrə ətraflı məlumat verilmişdir. Praktiki məlumatlarla tanış olan tələbələr, təlimdə aktiv iştirak etmişdir.