AZƏRBAYCAN ƏMƏK VƏ SOSİAL MÜNASİBƏTLƏR AKADEMİYASI
“Həmkarlar ittifaqlari dövrün tələblərinə uyğun olaraq gələcəkdə də ön sıralarda addımlayacaq.” Haydar-Aliyev-Expression
Heydər Əliyev

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının tələbələri “Sosial sahibkarlığın və müəssisələrin təşkili” adlı təlimdə ediblər


image small
“Memarlıq, İnşaat və Dizayn” İctimai Birliyinin (MİDİB) icra etdiyi "Dövlət, Universitet və QHT əməkdaşlığı” çərçivəsində Sosial sahibkarlığın və müəssisələrin təşkilinin gənclər arasında təbliği üzrə təşəbbüslər adlı layihənin ilk təlimi 8 oktyabr 2022-ci il tarixində Bakı şəhərində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının (AƏSMA) təlim mərkəzində təşkil olunub. Təlimdə həmçinin AƏSMA-nın Maliyyə-iqtisad fakültəsinin fəal tələbələri: Xanlar Məmmədov, Günəş Hüseynova, Fəridə Ağayeva, Nicat İsmayılov, Amaliya Cəbiyeva, MirSüleyman Bayramlı, İbrahim Nuri, Aysel Həsənova, Nuranə Nurullayeva, Arzu İsmayilova, Mərziyyə Mikayılova, Həcər Ağayeva, Yusif Məmmədzadə və Beynəlxalq əlaqələr şöbəsinin müdiri dosent Mahir Calalov iştirak edib.
Təlimi giriş sözü ilə MİDİB təşkilatının icraçı direktoru və layihə rəhbəri Arif Nəcimov açaraq layihə haqqında ətraflı məlumat verib. O, əlavə edib ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olunan layihənin məqsədi, "Dövlət, Universitet və QHT əməkdaşlığı” çərçivəsində Sosial sahibkarlığın və müəssisələrin təşkilinin 120 nəfər gəncin arasında təbliği və məşğulluğun təmin olunmasına dəstək olmaqdır.
Nəcimov A. bildirib ki, layihə 1 sentyabr 2022-ci il tarixindən başlayıb və üç ay ərzində davam edəcək. Layihə çərçivəsində 3 şəhərdə (Bakı ş., Xırdalan ş. və Sumqayıt ş.) 30 nəfərlik 4 qrupdan ibarət 120 nəfər gənc üçün bir günlük "Sosial sahibkarlığın və müəssisələrin təşkili” adlı praktiki təlim (iki dəfə çay-kofe və nahar fasiləsi daxil olmaqla) və 5 noyabr 2022-ci il tarixində layihənin yekununa həsr olunmuş sərgi-konfrans təşkil olunacaqdır. Bu sərgi-konfrans zamanı təlim iştirakçılarına sertifikat və xatirə hədiyyələri təqdim olunacaq, həmçinin təlim zamanı tələbələrin qazandıqları bilk və təcrübələr hesabına öz layihə və ya uğurlu nəticələrini tədbir iştirakçılarına və qonaqlara təqdim edəcəklər. Ən uğurlu layihə(lər)nin maliyyələşdirilməsi üçün dövlətin uyğun investisiya və ya qrant proqramlarına tövsiyyə edilməsi və maliyyələşməsi üçün MİDİB təşkilatının layihə işçi qrupu dəstək olacaqdır.
Sonra söz sosial sahibkarlıq sahəsində xeyli təcrübəsi olan təlimçi Elbəy Əliyevə və Rəfiqə Nurullayevaya, həmçinin Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nəzdində fəaliyyət göstərən “Bakı KOB Dostu”nun rəhbəri Sabir Zeynallıya və “Birgə İnvest” MMC-nin layihələr üzrə baş meneceri Vidadi Baxışova verilmişdir. Onlar tələbələrə “Sosial və ekoloji problemlər”, “İcma quruculuğu və problemlərin birgə həlli yolları”, “Sahibkarlıq fəaliyyəti”, “Sosial sahibkarlıq”, “BMT-nin 17 Dayanıqlı İnkişaf Məqsədləri (DİM) və onların Sosial sahibkarlıqla (bizneslə) əlaqəsi”, “Biznes və marketinq planlama və onların əhəmiyyəti”, “Sosial-iqtisadi-ekoloji problemlərin qruplar (icmalar) çərçivəsində həll yolları” haqqında, həmçinin təmsil etdikləri qurumların fəaliyyəti, xidmətləri və əməkdaşlıq imkanları haqqında ətraflı məlumat veriblər.
Layihənin davamlılığını təmin etmək üçün MİDİB təşkilatının layihə işçi və ekspert qrupu tərəfindən təlim iştirakçılarına 6 aylıq “Biznes mentorluq” proqramı da təklif olunacaq. Bu proqram çərçivəsində təlim iştirakçıları "Dövlət, Universitet və QHT əməkdaşlığı” çərçivəsində öz sosial sahibkarlıq (biznes) fəaliyyətini daha peşəkarcasına təşkil etmək şansı qazanacaqlar.
Eyni məzmunlu təlimin Xırdalan və Sumqayıt şəhərlərində də təşkil olunacağı planlaşdırılır. İlk təlimdə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının, Qərbi Kaspi Universitetinin, Bakı Dövlət Universitetinin, Bakı Mühəndislik Universitetinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbələri iştirak etmişlər.
Təlimin sonunda tələbələrin sualları cavablandırılmışdır.
10.10.2022  [ 10:30 ]
Bütün hüquqlar qorunur... ©  2022
One BRAIN LLC.