AZƏRBAYCAN ƏMƏK VƏ SOSİAL MÜNASİBƏTLƏR AKADEMİYASI
“Həmkarlar ittifaqlari dövrün tələblərinə uyğun olaraq gələcəkdə də ön sıralarda addımlayacaq.” Haydar-Aliyev-Expression
Heydər Əliyev

Avropada təhsil” sərgisinin rəsmi qəbul görüşü


image small
1 oktyabr 2022-ci il tarixdə “Hilton Hotel Baku”da “Avropada təhsil” sərgisinin rəsmi qəbul görüşü keçirildi. Yalnız rəsmi qonaqlar üçün açıq olan bu görüş Avropa və Azərbaycan ali təhsil müəssisələri arasında qarşılıqlı əlaqələrin gücləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edirdi. Görüşdə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının İnnovasiya və Karyera şöbəsinin müdiri Hikmət Mirzəyev və Tədris və keyfiyyətin təminatı şöbəsinin müdiri Pərvin Məmmədova iştirak edib.
“Avropada təhsil” sərgisində 10 Avropa ölkəsindən 20-dən çox ali təhsil müəssisəsi və ali təhsilin təbliği ilə məşğul olan dövlət agentliyi iştirak etmişdir. Bu tədbir Avropa İttifaqı adından Avropa Komissiyasının Təhsil, Mədəniyyət, Gənclər və İdman Baş Direktorluğu tərəfindən maliyyələşdirilən “Avropada təhsil” layihəsi çərçivəsində təşkil olunur. “Avropada təhsil” layihəsi Campus France (Fransa), DAAD (Almaniya), Nuffic (Hollandiya), Estoniya Təhsil və Gənclər Şurası (Harno, Estoniya) və Akademik Əməkdaşlıq Assosiasiyasından (ACA, Belçika) ibarət konsorsium tərəfindən həyata keçirilir. Sərgidə, Almaniya, Belçika, Çex Respublikası, Estoniya, Fransa. İspaniya, İsveç, İtaliya, Macarıstan, Portuqaliya ölkələrindən iştirakçılar dəvət olunublar.
01.10.2022  [ 10:27 ]
Bütün hüquqlar qorunur... ©  2022
One BRAIN LLC.