29.01.2015-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyətində 2 fevral - Gənclər günü münasibətilə “TƏMİZ BİNƏQƏDİ NAMİNƏ GƏNCLƏR FORUMU” keçirilib. Forumda rayonun ictimai işlərində xüsusi fərqləndiyinə görə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının IV kurs tələbəsi Məmmədzadə Mahmud Mənsur oğluna İngiltərənin London Meridian Kollecində iki həftəlik ingilis dili kursu keçmək hədiyyə edilib.