14.04.2016-cı il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında “Ömrümüzü qısaldan zərərli vərdişlər” mövzusunda elmi seminar keçirilib. Tədbiri “İqtisadiyyat” fakültəsinin dekanı dos. Əsgər Əliyev açıb. O, zərərli vərdişlərin törətdiyi ciddi fəsadlardan və onların insan orqanizminə vurduğu zərərlərdən danışaraq, belə seminarın keçirilməsində əsas məqsədin gənclərin maarifləndirilməsi ilə yanaşı, onlara belə zərərli vərdişlərə qarşı mübarizə tədbirlərində aktiv olmalarını aşılamaqdan ibarət olduğunu vurğulayıb.
Sonra “İqtisadiyyat” fakültəsinin II kurs tələbələri Nərmin Əsgərova “Siqaretin törətdiyi fəsadlar”, Günay Mirzəyeva “Alkoqolizmin cəmiyyətə vurduğu ziyanlar”, I kurs tələbəsi Tural Ələkbərli “Narkomaniya bəşəriyyətin sağalmaz yarası kimi” mövzularında təqdimat nümayiş etdiriblər. Təqdimatlardan sonra Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının “Sağlam Həyat, Sağlam Gələcək” layihəsi əsasında hazırlanmış videoçarx nümayiş etdirilib.