07.05.2016-cı il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93 illiyinə həsr olunmuş “Dayanıqlı inkişaf: cəmiyyət və iqtisadiyyat” mövzusunda ali təhsil müəssisələri tələbələrinin III Respublika konfransı keçirilmişdir. Plenar iclas Akademiyanın konfrans zalında Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrindən gələn qonaqların, professor-müəllim heyətinin və tələbələrin iştirakı ilə baş tutmuşdur. Konfransda respublikanın 15 ali təhsil müəssisəsindən 148 tələbə və magistrant məruzə ilə çıxış etmişdir.
Tədbiri Akademiyanın rektoru sosiologiya üzrə elmlər doktoru, professor Hüseyn Qaraşov açaraq, ümummilli lider Heydər Əliyev şəxsiyyətinin Azərbaycan tarixində qoyduğu dərin izdən, vətənpərvərlik ideologiyasından, onun gənclərə qayğısından və inkaredilməz xidmətlərindən söz açmışdır. Plenar iclasda Akademiyanın tələbələri Ağami Rəhimov, Pərvin Əhmədli və Nərmin Əsgərova “Dayanıqlı inkişaf: cəmiyyət və iqtisadiyyat” adlı məruzəni konfrans iştirakçılarına təqdim etdilər. Daha sonra konfrans öz işini ayrı-ayrı bölmələrdə davam etdirdi. Konfransın sonunda hər bölmə üzrə ən yaxşı məruzəçilər diplomlarla təltif olundu.
Qaliblər:
“Humanitar və sosial elmlər” bölməsi üzrə
I dərəcəli diplom - Kərimli Aysel
II dərəcəli diplom - Dadaşlı Gülarə
III dərəcəli diplom - Mahmudlu Mahmud
“Riyaziyyat və təbiət elmləri” bölməsi üzrə
I dərəcəli diplom - Quliyeva Aysel
II dərəcəli diplom - Əliyeva Aytac
III dərəcəli diplom - Cəfərzadə Səbuhi
“İqtisadiyyat” bölməsi üzrə
I dərəcəli diplom - Əhmədli Pərvin
II dərəcəli diplom - Nəsirov Yaqub
III dərəcəli diplom - Babayev Xəlil
“İdarəetmə” bölməsi üzrə
I dərəcəli diplom - Əhmədli Tural
II dərəcəli diplom - Mehdizadə Yalə
III dərəcəli diplom - Qurbanova Anista