AZƏRBAYCAN ƏMƏK VƏ SOSİAL MÜNASİBƏTLƏR AKADEMİYASI
“Həmkarlar ittifaqlari dövrün tələblərinə uyğun olaraq gələcəkdə də ön sıralarda addımlayacaq.” Haydar-Aliyev-Expression
Heydər Əliyev

Aka­de­mi­­ya­mızın 10 illik yubileyinə həsr olunmuş tədbir keçirilib


image small

17.12.2016-cı il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Aka­de­mi­­ya­sı­nın 10 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbir akade­mi­­­yanın fəaliy­yə­ti­nin 10 illiyinə həsr edilmiş video-çarxın nümayişi ilə baş­­layıb. Sonra qonaqları sa­lamlayan rektor Hüseyn Qaraşov akade­mi­ya­nın keçdiyi tarixi inkişaf yolundan və gələcək pers­pek­tiv­lərdən da­nışıb.Tədbirdə çıxış edən Azərbaycan Əmək və Sosial Münasibətlər Aka­de­mi­ya­sı­nın təsis­çi­si olan Azərbaycan Həmkarlar İttifaqları Konfe­de­rasiyasının sədri, millət vəkili, professor Səttar Mehbalıyev cəmiyyətin tərəqqisində təhsilin mühüm rolunu qeyd edərək, ölkəmizdə bu sahə üzrə səmərəli islahatların aparıldığını, proqram və layihələrin reallaşdırıldığını diqqətə çatdırıb, akademiyanın kollektivini və tələbə heyətini 10 illik münasibəti ilə təbrik edib.

Daha sonra akademiyanın məzunları Mirtale Muxtarov, Ra­hil Şü­kürov, Lalə Əhmədli, valideynlər Sevda Bağırova, İlhamə Xanbaba­ye­va, Za­hidə Şükürova çı­xış edərək akademiyada tələbələrə oxumaq üçün yaradılan şəraitdən və bu təhsil mü­əssisəsinin üstün cəhətlərindən danışdılar. 

Rəsmi hissə 10 illik münasibətilə akademiyanın əməkdaşlarının fəxri fər­man­lar­la təltif edilməsi ilə yekunlaşdı. Azərbaycan Həmkarlar İttifaqları Kon­fede­ra­si­yası tərəfindən Şirinov Süleyman Məlik oğlu, Maniyeva Raziyyə Sabir qızı, Məm­mə­dova Rübabə Heybət qızı, Abdullayeva Maya Həmidağa qızı, Talıbova Həqiqət Hü­s­eynağa qızı, İsgəndərov Ramiz Kamal oğlu, Hacıyev Kamal Fərəc oğlu, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən Məmmədov Sirac Şamı oğlu, Məcidov Mobil Kamil oğlu, Əliyev Əsgər İmaməli oğlu, Mirzəyeva Hicran Əmirxan qızı, Mikayılova Nurəngiz Yanvar qızı, Əkbərova Hökümə Qoşunalı qızı, Məmmədova Sədaqət Oqtay qızı, Hacıyeva Gülnarə Sədi qızı, Vəliyeva Təranə Həsənəli qızı, Hüseynov Azad Sarıbala oğlu, İbrahimov Azər Vəzir oğlu,  Zeynalov Elmir Allahverdi oğlu təltif olundular.

Tədbir maraqlı konsert proqramı ilə davam etdi. Bədii hissədə akademiyanın tələbələri Ülkər Orucova, Cəbi Cəbiyev, Məhəmməd Əlizadə, Nizami Babayev, Fərrux Hüseynov, Qalib Qəmbərov, Fərman Piriyev, Tağı Zeynalov, Ramil Əsgərli, Sahibə Ağayeva, Nuran Rzayeva, Ömər Allahverdiyev və Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin tələbələri çıxış etdilər.

17.12.2016  [ 11:00 ]
Bütün hüquqlar qorunur... ©  2022
One BRAIN LLC.