AZƏRBAYCAN ƏMƏK VƏ SOSİAL MÜNASİBƏTLƏR AKADEMİYASI
“Həmkarlar ittifaqlari dövrün tələblərinə uyğun olaraq gələcəkdə də ön sıralarda addımlayacaq.” Haydar-Aliyev-Expression
Heydər Əliyev

Ümummilli lider Heydər Əliyevin anadan olma­sı­nın 94 il­li­yi­nə həsr olunmuş konfrans keçirilib


image small

27.04.2017-ci il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Aka­de­­mi­yasında Ümummilli lider Heydər Əliyevin anadan olma­sı­nın 94 il­li­yi­nə həsr olunmuş “Əmək münasibətlərinin inkişafının sosial-iqtisadi prob­lemləri” möv­zusunda konfrans keçirilib. Tədbiri akademiyanın rektoru pro­fessor Hü­seyn Qaraşov açaraq, ümummilli lider Heydər Əliyevin Azər­bay­can xalqı və döv­ləti qarşısında misilsiz xidmətlərindən danışıb.

Sonra Azərbaycan Əmək və Sosial Mü­nasibətlər Akademiya­sı­nın məzunu, Azər­baycan Dövlət İqtisad Universitetinin magistrantı Ağami Rəhimov “So­sial-əmək münasibətləri­nin formalaşma­sı­nın tarixi aspekt­lə­ri”, akade­mi­ya­nın tələbələri Nərmin Əsgərova, Xəlil Babayev və Aytac Ağazadə “Əlillərin əmək bazarına inteqrasiyası: beynəlxalq və mil­li təcrübə”, Tural Əhmədli “Əmək potensialının for­malaşması və əmək bazarı”, Elmin Qasımov “Azərbaycanda əmək haqqı və gə­lir­lər siyasətinin əsas isti­qa­­mətləri”, Əfsanə Qasımova və Aliyə Bayramova “So­si­al-əmək münasibətlərinin tənzimlənmə­sin­də sosial tə­rəf­daşlıq amili”, Aytac Hacı­za­də “Təşkilatda əməkdaşların sosial müdafiəsi”, Pərvanə Şirinzadə və Vüsalə Məm­mədova “Əmək münasibətlərinin inkişafının hüquqi tənzim­lən­məsi”, Samirə İs­mayılzadə və Hilalə Həsilova “Əmək bazarının gender aspektləri”, Könül Ağa­ye­va “Aztəminatlı ailələrə sosial yardımların verilməsinin tək­mil­ləş­di­rilməsi”, Şamil Əh­mədov “İnsan potensialı və əhalinin həyat səviyyəsi”, Səyyad Mirzəzadə və Sə­bu­hi Cəfərzadə “Əmək bazarının idarə edilməsində İKT-nin rolu”, Aytac Məm­mədzadə “Azərbaycan müəssisələrində uşaqların ailələrə veril­mə­si prob­lemləri” mövzularında çıxış ediblər.

27.04.2017  [ 11:00 ]
Bütün hüquqlar qorunur... ©  2022
One BRAIN LLC.