AZƏRBAYCAN ƏMƏK VƏ SOSİAL MÜNASİBƏTLƏR AKADEMİYASI
“Həmkarlar ittifaqlari dövrün tələblərinə uyğun olaraq gələcəkdə də ön sıralarda addımlayacaq.” Haydar-Aliyev-Expression
Heydər Əliyev

“Sosial şəbəkələrdə işin təkmilləşdirilməsi istiqamətində görüləcək işlərlə bağlı” görüş keçirilib


image small

09.10.2017-ci il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Aka­demiyasında “Sosial şəbəkələrdə işin təkmilləşdirilməsi istiqamətində görüləcək işlərlə bağlı” görüş keçirilib. Görüşdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının Aparat Rəhbəri Sevinc Abdullayeva, baş təlimatçı Rahil Şükürov, Gənclər Birliyinin sədri Fəsli Nəbiyev, AƏSMA-nın prorektoru Sirac Məmmədov və akademiyanın tələbələri iştirak ediblər. Çıxış edən Binəqədi rayon Yeni Azər­­bay­can Partiyası Gənclər Birliyinin sədri Fəsli Nəbiyev sosial şəbəkələrdə işin təkmilləşdirilməsi istiqamətində görüləcək işlərlə bağlı məlumat verib. 

Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının Aparat Rəhbəri Sevinc Abdullayeva gəncləri sosial şəbəkələrdə aktiv olmağa səsləyib. Paylaşılan hər bir informasiyaya həssaslıqla yanaşmağın zəruriliyini vurğulayıb.

Tədbirin sonunda akademiyanın prorektoru Sirac Məmmədov çıxış edərək qeyd edib ki, bu gün məişət məsələlərdən siyasi məsələlərə qədər hər bir hadisə sosial şəbəkələrdə əks olunur, müzakirə obyektinə çevrilir. Çox təəssüf ki, bəzən sosial şəbəkələrdə yalan yalnış əsası olmayan məlumatlar paylaşılır. Bütün bunlar dövlətimizin imicinə mənfi təsir göstərir. Odur ki, hər bir şəxs öz vicdan və vətəndaşlıq borcu naminə bu cür əks təbliğatların aparılmasına yol verməməli, hər bir paylaşıma həssaslıqla yanaşmalıdır.

09.10.2017  [ 11:00 ]
Bütün hüquqlar qorunur... ©  2022
One BRAIN LLC.