Aprel şəhidlərinin xatirəsinə həsr olunmuş ”Vətən sizə əmanətdir” adlı tədbir keçirildi.
02 aprel 2019-cu il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı Gənclər Birliyinin və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının ərazi ilk partiya təşkilatının Gənclər Birliyinin birgə təşkilatçılığı ilə Aprel şəhidlərinin xatirəsinə həsr olunmuş ”Vətən sizə əmanətdir“ adlı tədbir keçirildi.
İlk olaraq, Aprel döyüşlərində şəhid olmuş igidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektor köməkçisi Sirac Məmmədov tədbir iştirakçılarını salamladı və tədbirin gənclər üçün xüsusi önəmi haqqında məlumat verdi. Qeyd etdi ki, Aprel döyüşləri sübut etdi ki, Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Azərbaycanda təşkil edilən yarışlar ən yüksək səviyyədə həyata keçirilir. Bu günün və sabahın gənci tariximizə, mədəniyyətimizə sahib çıxan fiziki sağlam gənclik olmalıdır-deyə nitqində bildirib.
Çıxış edən, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası Ərazi İlk Partiya Təşkilatının sədri Hökümə Əkbərova ilk öncə hər kəsi salamladı və bildirdi ki , Aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını göstərdi.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin prinsipial, qətiyyətli siyasəti sayəsində Azərbaycanın ardıcıl şəkildə qazandığı diplomatik uğurlar, Ermənistan rəhbərliyini çətin vəziyyətdə qoyub. Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda həlak olan bütün oğul və qızlarımızın xatirəsinin xalqımızın qəlbində yaşayacağını vurğulayaraq, dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev tərəfindən aparılan siyasət nəticəsində, tezliklə torpaqlarımızın işğaldan azad ediləcəyinə əmin olduqlarını bildirib.
Daha sonra, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı Gənclər Birliyinin sədr müavini Eldar Qurbanov tədbir iştirakçılarına bildirdi ki,Azərbaycan ordusunun qələbəsi ilə bitən Aprel döyüşlərindən üç il ötür. Üç gün davam edən bu döyüşlər Azərbaycan və bölgədə maraqları olan dövlətlər üçün çox ciddi mesajlar verdi. Daha sonra prezident İlham Əliyevin şəhid ailələrinə diqqət və qayğısından söz açdı. Bildirdi ki, şəhid ailələrinə və müharibə əlillərinə, Milli Qəhrəmanlara verilən Prezident təqaüdünün də məbləği ötən dövrdə mütəmadi artırılıb, bu qəbildən olan insanların uşaqlarına aylıq sosial müavinətin verilməsi təmin olunub. Bununla da şəhid ailələrinin sosial müdafiəsi ildən ilə yaxşılaşıb, dövlətimizin başçısının bu sahədə həyata keçirdiyi tədbirlər ictimaiyyət tərəfindən hər zaman böyük rəğbət və məmnunluqla qarşılanıb.
Sonda tədbir iştirakçılarına video çarx nümayiş etdirilib.