AZƏRBAYCAN ƏMƏK VƏ SOSİAL MÜNASİBƏTLƏR AKADEMİYASI
“Həmkarlar ittifaqlari dövrün tələblərinə uyğun olaraq gələcəkdə də ön sıralarda addımlayacaq.” Haydar-Aliyev-Expression
Heydər Əliyev

Tələbələrin online qeydiyyatı


image small

Hörmətli abituriyentlər!!!

     İlk öncə hər birinizi tələbə adını qazandığınız üçün təbrik edirik və  Akademiymızı seçdiyiniz üçün təşəkkür edirik. Akademiyamızın tələbə heyətinə qeydiyyatdan keçmək üçün aşağıda “qeyd” bölməsində göstərilmiş linkə daxil olaraq qeydiyyatdan keçə bilərsiniz. Qeydiyyatdan keçmək üçün aşağıdakı göstərilmiş sənədləri akademiyaya əyani formada təqdim edə (karantin qaydalarına riayət etməklə*) və ya “scan” olunmuş formada [email protected] mail adresinə göndərə bilərsiniz.

  1. Tələbənin iş nömrəsi
  2. Şəxsiyyətinizi təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi, miqrasiya sənədi);
  3. 4 ədəd 3x4 sm ölçüdə fotoşəkil
  4. Tam orta təhsil haqqında attestat
  5. Diplom əlavəsi ilə birlikdə (subbakalavrlar üçün);
  6. Çağırış məntəqəsinə təhkim edilmə haqqında vəsiqə (pripisnoy, ağ bilet) və ya hərbi bilet (oğlanlar üçün)
  7. Təhsil haqqı ödənişini təsdiq edən bank qəbzi (illik ödənişin yarısını ödəmək şərtilə);
  8. İmtiyazı təsdiq edən sənədlər (olduğu təqdirdə).

Qeyd:

  1. Elektron qeydiyyat formasında * işarəsi olan xanaların doldurulması vacibdir
  2. Yuxarıda göstərilmiş sənədlərin “scan” olunmuş formasını yuxarıda göstərilmiş elektron poçt ünvanına göndərməlisiniz
  3. Məlumatların düzgünlüyünə əmin olduqdan sonra təsdiq edin düyməsinə klikləyin
  4. Online qeydiyyat forması üçün link qebul.aesma.edu.az
  5. Təhsil haqqını kapital bankın istənilən filialına yaxınlaşaraq vəya kapital bankın ödəniş terminallarından ödəyə bilərsiniz

Bank rekviziti

Kapital Bankın Şuşa filialı

VÖEN: 9900003611

kod: 200167

M/h:АZ37NABZ01350100000000001944

SWIFT BİK Aİİ BAZ 2X

Azərbaycan Əmək və SMA

VÖEN:1000079531

Hesab: АZ89АIIB38030019441601756116

Qeyd ÖDƏNİŞ EDƏRKƏN TƏLƏBƏNİN ADI SOYADI ATASININ ADI, I KURS OLDUĞU, ÖDƏNİŞİN TƏYİNATI (TƏHSİL HAQQI OLDUĞU və s) MÜTLƏQ GÖSTƏRİLMƏLİDİR. ƏKS HALDA ÖDƏNİŞ QEYDƏ ALINMAYACAQ.

 

Təhsil sisteminə daxil olan birinci tədris ili tələbələri sırasından olan sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin müəyyən edilməsi və təhsil haqqına güzəştlərin olunması üçün https://www.e-telebe.edu.az portalına daxil olaraq lazımi məlumatları doldurmağınız xahiş olunur.

 

Qeydiyyat haqqında təlimat

İlk öncə qebul.aesma.edu.az linkinə daxil olaraq göstərilən məlumatları qeyd etməlisiniz və sonda “formanı göndər” düyməsinə basırsınız. Sizin qeyd etdiyiniz elektron poçt ünvanına məktub gələcək və siz məktubda “təsdiq et” düyməsini basdıqda sizdən müqavilənin şərtlərini qəbul etməyiniz istəniləcək. Müqavilənin şərtlərini qəbul etdikdən sonra sizin qeyd etdiyiniz elektron poçt ünvanına yeni məktub gələcək və orada sizdən lazımı sənədlərin [email protected] elektron poçt ünvanına “scan” olunmuş formada göndərməyiniz tələb olunacaq. Bütün sənədlərin düzgünlüyünü yoxladıqdan sonra sizin qeyd etdiyiniz elektron poçt ünvanına qəbul edilib edilməyiniz barəsində məlumat gələcək.

25.09.2020  [ 13:23 ]
Bütün hüquqlar qorunur... ©  2022
One BRAIN LLC.