AZƏRBAYCAN ƏMƏK VƏ SOSİAL MÜNASİBƏTLƏR AKADEMİYASI
“Həmkarlar ittifaqlari dövrün tələblərinə uyğun olaraq gələcəkdə də ön sıralarda addımlayacaq.” Haydar-Aliyev-Expression
Heydər Əliyev

“Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafı tələbə baxışlarında” mövzusunda “online” formatda tələbə elmi-praktiki konfransı


image small

     23.12.2020-ci il saat 10:00-da “Maliyyə - iqtisad” fakultəsi və “Maliyyə və mühasibat uçotu” kafedrasının təşkilatçılığı ilə “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü”nə həsr olunmuş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafı tələbə baxışlarında” mövzusunda “online” formatda “Microsoft Teams” proqramı vasitəsi ilə tələbə elmi-praktiki konfransı keçirilmışdir. 

Konfrans Azərbaycan Respublikasının Dövlət Himni və “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü”nə həsr olunmuş video çarxın nümayişi ilə başladı. Akademiyanın “Tədris və elmi işlər” üzrə prorektoru dos.F.F.Möhbalıyev və “Maliyyə - iqtisad” fakultəsinin dekanı dos. H.Ə.Mirzəyeva çıxış edərək konfransı açıq elan etdilər.

Konfransda Camalzadə Səkinə, Cəfərli Türkan, Həsənli Nərmin, Abbasova Aytac, Kazımov Əli, Kərimov Kərim, Əliyeva Aitək, Abbasova Adilə, Abdullayeva Fatimə, Hüseynova Fatimə, Kazımov Elvin, Hüseynzadə Aydan, Alıyeva Aytən, Mirişov Miraslan, Abdullayeva Fatimə hazırladıqları təqdimatlarla dolgun cıxış edərək konfransda iştirak edən müəllim və tələbələrin diqqətini özlərinə cəlb etməyi bacardılar.

Çıxışlar bitdikdən sonra Akademiyanın II Qarabağ müharibəsində şəhid olmuş məzunları bir daha xatırlanmış, onlar barəsində xoş xatirələr dilə gətirilmişdir.

Sonda konfransda iştirak edən dos.Z.M.Şabanov,  dos. N.Y.Mikayılova, i.ü.f.d. S.R.Quliyeva, r.ü.f.d. F.M.Məmmədova və tələbələr   konfransın keçirilməsindən məmnunluq hissi ifadə etdilər. Kofrans Ulu öndər H.Ə.Əliyevin “Mən fəxr edirəm ki, azərbaycanlıyam!!!” məhşur kəlamı əks olunan video çarx ilə öz işini yekunlaşdırdı.

23.12.2020  [ 10:47 ]
Bütün hüquqlar qorunur... ©  2022
One BRAIN LLC.