AZƏRBAYCAN ƏMƏK VƏ SOSİAL MÜNASİBƏTLƏR AKADEMİYASI
“Həmkarlar ittifaqlari dövrün tələblərinə uyğun olaraq gələcəkdə də ön sıralarda addımlayacaq.” Haydar-Aliyev-Expression
Heydər Əliyev

"Azərbaycan iqtisadiyyatı- DÜNYA İQ adlı konfrans keçirildi.


image small

31.03.2021- ci il tarixdə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası "İqtisadiyyat və idarəetmə" kafedrasının təşkilatçılığı ilə "31 mart Azərbaycanlıların soyqırımı günü"nə həsr olunmuş "Azərbaycan iqtisadiyyatı- DÜNYA İQ adlı konfrans keçirilmişdir. Konfrans Microsoft Teams platforması üzərindən online formada baş tutmuşdur. 
Konfransı giriş sözü ilə açan Akademiyanın "İqtisadiyyat və idarəetmə" kafedrasının müdiri i.e.d. V.İ.İsmayılov konfransın əhəmiyyətindən danışaraq tələbələrə uğurlar arzuladı. O,  qeyd etdi ki, gənc nəsil Azərbaycan xalqına qarşı törədilən erməni vəhşiliklərini daim xatırlamalı və unutmamalıdır.
Daha sonra kafedranın müəllimi X.H.Məmmədov "1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Lənkəran, Zəngəzur, Naxçıvan, Qarabağ və digər ərazilərdə Bakı soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğınlarla bağlı" tarixi həqiqətlər barədə qısa məlumat verdi. 
Konfrans öz işini tələbələrin çıxışları ilə davam etdirdi.

01.04.2021  [ 13:50 ]
Bütün hüquqlar qorunur... ©  2022
One BRAIN LLC.