AZƏRBAYCAN ƏMƏK VƏ SOSİAL MÜNASİBƏTLƏR AKADEMİYASI
“Həmkarlar ittifaqlari dövrün tələblərinə uyğun olaraq gələcəkdə də ön sıralarda addımlayacaq.” Haydar-Aliyev-Expression
Heydər Əliyev

AHİK sədri, millət vəkili Səttar Möhbalıyev Əmək və Sоsial Münasibətlər Akademiyasında aparılan təmir-bərpa işləri ilə tanış olub


image small

     19.05.2021-ci il tarixdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Azərbaycan Əmək və Sоsial Münasibətlər Akademiyasının binasında aparılan yenidənqurma və təmir-bərpa işləri ilə tanış olub. S.Möhbalıyev əvvəlcə akademiyanın həyətinə baxış keçirib, həyata keçirilən abadlıq işlər ilə maraqlanıb. Qeyd edək ki, binanın arxa və yan hissələrindəki sahəyə asfalt örtüyü çəkilib, qarşısındakı meydana qranit daş döşənib, yeni ağaclar və gül kolları əkilib. Sonra AHİK sədri müəllim heyəti üçün nəzərdə tutulmuş otaqlarda, tələbələr üçün tədris zallarında, müxtəlif tədbirlərin keçirilməsi üçün konfrans zalında, akt zalında, kitabxana və oxu zalında aparılan işlərlə tanış olub. Akademiyanın rektoru Hüseyn Qaraşov görülən işlər barədə AHİK sədrinə ətraflı məlumat verib. Bildirilib ki, təmir işləri bütün fakültələri əhatə edir, otaqların divarları və tavanı rənglənir, pəncərə çərçivələri yeniləri ilə əvəzlənir.

AHİK sədri akademiyanın tələbə yataqxanasına da baxış keçirib, yaradılan şəraitlə tanış olub, mövcud problemlərin həlli istiqamətində tövsiyələrini verib. Sədr, öz növbəsində, bir sıra çatışmazlıqları akademiya rəhbərliyininin diqqətinə çatdırb və bu kimi məsələlərin həllində Konfederasiya tərəfindən müvafiq dəstəyin göstəriləcəyini qeyd edib.

20.05.2021  [ 11:33 ]
Bütün hüquqlar qorunur... ©  2022
One BRAIN LLC.