Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının (AƏSMA) “Ümumi fənlər” kafedrasının müəllimi Şərafəddin Fərman oğlu Şərifov dünyasını dəyişmişdir.

     Ş.F.Şərifov 1955-ci il fevralın 20-də Quba rayonunun 2-ci Nügədi kəndində anadan olmuş, 1978-ci ildə Saratov Hüquq institutunda "Hüquq" fakültəsinə daxil olmuş və 1982-ci ildə təhsilini başa vurmuşdur. 

2010-ci ildən Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 

Bütün akademiya heyəti Şərafəddin müəllimi hörmətlə anır və Allahdan rəhmət diləyirik.