AZƏRBAYCAN ƏMƏK VƏ SOSİAL MÜNASİBƏTLƏR AKADEMİYASI
“Həmkarlar ittifaqlari dövrün tələblərinə uyğun olaraq gələcəkdə də ön sıralarda addımlayacaq.” Haydar-Aliyev-Expression
Heydər Əliyev

2021/2022-ci tədris ilinə qəbul olan I tədris ili tələbələri və onların valideynləri ilə görüş keçirildi


image small

     28.09.2021-ci il tarixdə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında I tədris ili tələbələri və onların valideynləri ilə görüş keçirildi. Görüş karantin qaydalarına tam əməl olunmaqla həyata keçirildi. Görüşdə öncəliklə torpaqlarımızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Akademiyanın rektoru professor Hüseyn Qaraşov görüşü açaraq, tələbə adını qazanmış gəncləri təbrik etdi, onlara bu təhsil ocağının tarixi haqqında məlumat verdi. Tələbələrin və valideynlərin maraqlandığı suallara ətraflı cavab verildi. Görüşün sonunda Akademiyanın əməkdaşı Hikmət Mirzəyev tərəfindən tələbələrə “Microsoft Teams” proqramında “online” dərslərin keçirilməsi ilə bağlı təlimat verildi. Sonra tələbələr fakültələrlə, kafedralarla və kitabxana ilə tanış oldular.

28.09.2021  [ 15:54 ]
Bütün hüquqlar qorunur... ©  2022
One BRAIN LLC.