AZƏRBAYCAN ƏMƏK VƏ SOSİAL MÜNASİBƏTLƏR AKADEMİYASI
“Həmkarlar ittifaqlari dövrün tələblərinə uyğun olaraq gələcəkdə də ön sıralarda addımlayacaq.” Haydar-Aliyev-Expression
Heydər Əliyev

24.12.2021 -ci il tarixdə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında “Həmrəy Azərbaycanın şanlı tarixi” adlı bilik yarışı keçirildi


image small

     24.12.2021 -ci il tarixdə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında  Azərbaycan Respublikasının Prezidenti, Ali Baş  Komandan İlham Əliyevin 60 illik yubileyinə həsr olunmuş “Həmrəy Azərbaycanın şanlı tarixi” adlı intellektual yarış keçirilmişdir. Tədbiri Akademiyanın rektoru, professor Hüseyn Qaraşov giriş sözü ilə açaraq, İlham Əliyevin Azərbaycan xalqının taleyində misilsiz rolundan, Ali Baş Komandanın tariximizdə açdığı şanlı səhifələrdən bəhs etdi. 
İntellektual yarışda  Ali Baş Komandanın həyat və misilsiz fəaliyyətini əks etdirən suallar öz əksini taparaq tələbələr və müəllimlər tərəfindən maraqla izlənildi. Raundlararası fasilələrdə Ali Baş Komandanın fəaliyyətini əks etdirən videolar tədbiri daha maraqlı etdi.
Sonda qalib komanda sertifikat və hədiyyələrlə mükafatlandırıldılar.

25.12.2021  [ 12:09 ]
Bütün hüquqlar qorunur... ©  2022
One BRAIN LLC.