AZƏRBAYCAN ƏMƏK VƏ SOSİAL MÜNASİBƏTLƏR AKADEMİYASI
“Həmkarlar ittifaqlari dövrün tələblərinə uyğun olaraq gələcəkdə də ön sıralarda addımlayacaq.” Haydar-Aliyev-Expression
Heydər Əliyev

AƏSMA online təhsilə başlayıb.


image small

Azərbaycan Respublikasında koronavirus epidemiyasının yayılmasının qarşısının alınması məqsədilə orta və ali məktəblərdə tədris prosesinin aprelin 20-dək dayandırılması ilə əlaqədar aprelin 13-dən   etibarən Azərbaycan  Əmək və Sosial Münasibətlər Akademiyası  online təhsilə başlayıb.

Akademiyada online formada təhsil tədris planı üzrə dərslərin 100%-ni əhatə edir.

AƏSMA-da online təhsil Azərbaycan Respublikası Təhsil Nazirliyinin tədris prosesinin dayandırıldığı müddət ərzində təhsilalanlara təhsil proqramlarının mənimsənilməsi imkanlarının təmin edilməsinə və təlim-tədris prosesinin məsafədən təşkilinə dair tövsiyəsi əsasında gerçəkləşdirilib. Online-təhsil Təhsil Nazirliyinin təhsil müəssisələrinə təklif etdiyi “Microsoft Teams” platforması üzərindən təşkil olunur. Təhsil Nazirliyi ilə “Microsoft” şirkəti arasında əməkdaşlığın nəticəsi olaraq “Microsoft Teams” platformasında Akademiyanın bütün əməkdaşları və tələbələri üçün domenlər yaradılıb. 

  “Microsoft Teams” platformasının imkanları: video bağlantı vasitəsilə məsafədən təhsil vermə, müəllim-tələbə müzakirəsini təşkil etmək üçün interaktiv alətlərdən, habelə təqvim aləti vasitəsilə dərslərin və online mühazirələrin planlaşdırılması, qiymətləndirmənin aparılması, qrup işinin təşkili kimi alətlərdən istifadə edərək online təhsilin effektiv şəkildə təşkil edilməsinə şərait yaradır. 

14.04.2020  [ 19:09 ]
Bütün hüquqlar qorunur... ©  2022
One BRAIN LLC.