logo-aesma
AZƏRBAYCAN ƏMƏK VƏ SOSİAL MÜNASİBƏTLƏR AKADEMİYASI
“Həmkarlar ittifaqlari dövrün tələblərinə uyğun olaraq gələcəkdə də ön sıralarda addımlayacaq.” Haydar-Aliyev-Expression
Heydər Əliyev

“Modernləşmənin prioritet istiqamətləri: sosial-mədəni və iqtisadi aspektlər” mövzusunda beynəlxalq elmi konfrans


image small

     6 may 2022-ci ildə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Modernləşmənin prioritet istiqamətləri: sosial-mədəni və iqtisadi aspektlər” mövzusunda onlayn qaydada beynəlxalq elmi konfrans keçiriləcəkdir.

Konfransın keçirilməsində əsas məqsəd modernləşmə dövründə Azərbaycanın inkişaf pers­pek­tiv­lərini təhlil etmək, beynəlxalq praktikaya müraciət edərək ətraflı fikir mübadiləsi aparmaq, ölkə rəh­bər­li­yinin məqsədyönlü, konkret hədəflərə istiqamətlənmiş fəaliyyətini dəstəkləyərək ölkənin siyasi və sosial-iqtisadi həyatı ilə bağlı problemlərin həllinə sistemli və kompleks yanaşmanı təmin et­məkdən ibarətdir. Burada yeni ideyaların verilməsi, qarşıya qoyulan vəzifələrin yerinə ye­ti­ril­məsi üçün ən səmərəli üsul və vasitələrin seçilməsinin elmi meyarlarını göstərmək, işğaldan azad olun­muş ərazilərdə bərpa iş­­ləri zamanı nəzərə alınması zəruri olan cəhətləri üzə çıxartmaq, mil­li maraq­ların qorunmasını nə­zərə almaqla orta və uzunmüddətli dövr üçün inkişaf isti­qa­mətlərinin dəqiq müəy­­yən­ləş­di­ril­mə­sin­də, müxtəlif sahələr üzrə fəaliyyət proqramlarının ha­zır­lan­masında, ölkə­nin inkişaf yollarında əsas­lı dönüşə nail olmaq üçün təkliflər hazırlayıb aidiyyəti orqanlara çat­dırmaqdan ibarətdir.

Konfransa təqdim olunmuş  və təşkilat komitəsinin müsbət rəy verdiyi məruzələrin mətnləri xüsusi top­lu­da nəşr olunacaqdır. Məruzə mətnlərinin dərc olunması üçün  müəlliflərin konfransda iştirak etməsi va­cibdir.

Panel müzakirələr

1. Modernləşmənin iqtisadi-ekoloji aspektləri

2. Sosial-mədəni  aspektlər və həmkarlar ittifaqları 

Konfransın işçi dilləri: Azərbaycan, türk, rus (xarici vətəndaşlar üçün ingilis)

Məruzələrin təqdim olunmasının son tarixi:  22 aprel 2022-ci il

Müsabiqədən keçmiş şəxslər məlumatlandırılacaq.

Məruzə mətnlərinin tərtibinə qoyulan tələblər:

  1. müəllif(lər)in adı, soyadı, ata adı, e-mail ünvanı, təmsil etdiyi  ölkə və müəssisənin adı - 12 pt, tünd rəngdə, (səh. yuxarısında sağda);
  2. məruzələrin adı - 12 pt, baş hərflərlə, tünd rəng, ortada;
  3. məruzələrin həcmi – 4-5 səhifə, ədəbiyyat siyahısı daxil olmaqla;
  4. məruzələrin mətni- Times New Roman, 12pt  ilə; yuxarıdan – 2sm, aşagıdan -2 sm, soldan -3 sm, sağdan -2 sm; sətirlərarası interval – 1;
  5. ədəbiyyata istinadlar mətn daxilində (məs.: Şabanov, 2017:15) verilir, sonda ədəbiyyat əlifba sırası ilə düzülür və nömrələnmir.
  6. Açar sözlər - 5 söz
  7. Türk, rus və ingilis dilində  təqdim olunmuş məruzələrə Azərbaycan dilində 50 sözdən ibarət xülasə əlavə edilməlidir.
  8. Məruzələr bu  e-mailə göndərilməlidir:

Konfransın təşkilat komitəsinin ünvanı: Bakı şəhəri, Azadlıq prospekti 181, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası.

Əlaqə telefonları:   (+994  12) 563-06-88                        (+994 50) 583-33-53:                      (+994 50) 631-57-90

21.02.2022  [ 17:34 ]
Bütün hüquqlar qorunur... ©  2022
One BRAIN LLC.