Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının “İqtisadiyyat və idarəetmə” kafedrasının müəllimi, iqtisad üzrə fəlsəfə doktoru Gülnarə Fətəliyeva 19-23 oktyabr 2026-cı il tarixlərində 16 ölkədən 28 iştirakçının qatıldığı Vyana Müştərək İnstitutunda (Joint Vienna Institute – JVI) Avstriya Milli Bankının maliyyələşdirdiyi “Yaşıl maliyə - monetar siyasət və maliyyə tənzimləmələri” (Green Finance – Focus on Monetary Policy and Financial Regulation) mövzusunda təşkil olunmuş Beynəlxalq kursda iştirak etmişdir.
Kursun sonunda Gülnarə Fətəliyeva “İqlim dəyişmələrinin Azərbaycana təsiri” (Impact of Climate Change on Azerbaijan) mövzusunda təqdimatla çıxış etmiş və sertifikatla təltif olunmuşdur.

