AƏSMA-nın professoru Vilayət İsmayılov Tokio şəhərində keçirilən beynəlxalq elmi konfransda məruzə ilə çıxış edib

AƏSMA-nın “İqtisadiyyat və idarəetmə” kafedrasının müdiri, professor Vilayət İsmayılov 4–5 noyabr 2026-cı il tarixlərində Yaponiyanın Tokio şəhərində təşkil olunmuş “4th International Conference on Engineering, Management and Social Sciences (4th ICEMSS-26)” adlı beynəlxalq elmi konfransda məruzə ilə çıxış edib.


Məruzəsində professor Vilayət İsmayılov kənd təsərrüfatında dövlət idarəetməsinin əsas istiqamətləri, bu sahədə beynəlxalq təcrübə, qabaqcıl ölkələrin tətbiq etdiyi idarəetmə modelləri və onların Azərbaycanda tətbiqi imkanları, eləcə də ölkəmizin aqrar sektorunun inkişaf perspektivləri barədə ətraflı məlumat verib.