AƏSMA-da Zəfər Gününə həsr olunmuş elmi-praktik seminar keçirilib


5 noyabr 2026-cı il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının Sosial iş fakültəsində “HİH və sosial fənlər” kafedrasının təşəbbüsü ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Sosial işdə peşə etikası, məxfilik və etik dilemmalar” mövzusunda elmi-praktik seminar keçirilib.


Seminarda Sosial iş fakültəsinin tələbələri, “HİH və sosial fənlər” kafedrasının əməkdaşları, eləcə də Akademiyanın professor-müəllim heyəti iştirak ediblər.

Elmi-praktik seminar çərçivəsində tələbələr mövzu ilə bağlı apardıqları tədqiqat işləri ilə çıxış edib, iştirakçıların suallarını cavablandırıblar.


Tədbirin sonunda çıxış edən tələbələrə sertifikatlar təqdim olunub.