5 noyabr 2026-cı il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında “Maliyyə və mühasibat” kafedrasının təşkilatçılığı ilə Beynəlxalq Mühasiblər Gününə həsr olunmuş tələbə yarışı keçirilib.
Beş mərhələdən ibarət olan yarışda tələbələr nəzəri biliklərini və praktiki bacarıqlarını nümayiş etdiriblər.
Yarışın qalibi Mühasibat ixtisasının 239-cu qrupunun tələbələri olub.
Bütün iştirakçılara təşəkkür edir, qaliblərimizi təbrik edirik!





