Həmkarlar ittifaqı əməkdaşlarının rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi, süni intellekt texnologiyalarının gündəlik iş proseslərində tətbiqi imkanlarının öyrədilməsi və fəaliyyətin səmərəliliyinin artırılması məqsədilə təşkil olunan təlim başa çatıb.
Təlim müddətində iştirakçılar süni intellekt alətlərindən sənədləşmə, məlumatların təhlili və kommunikasiyanın təşkili sahələrində istifadə imkanları ilə tanış olublar. Eyni zamanda, texnologiyalardan təhlükəsiz, məsuliyyətli və effektiv istifadə prinsipləri diqqətə çatdırılıb.
Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.



