“Həmkarlar ittifaqlarının fəaliyyətində süni intellektin tətbiqi” mövzusunda təlim davam edir!



Təlimin məqsədi həmkarlar ittifaqı əməkdaşlarının rəqəmsal bacarıqlarını inkişaf etdirmək, süni intellekt texnologiyalarının gündəlik iş proseslərində tətbiqi imkanlarını öyrətmək və fəaliyyətin səmərəliliyini artırmaqdır.


Təlim çərçivəsində süni intellekt alətlərindən sənədləşmə, məlumatların təhlili və kommunikasiyanın təşkili sahələrində istifadə imkanları öyrədilir, texnologiyalardan təhlükəsiz və məsuliyyətli istifadə prinsipləri diqqətə çatdırılır.


Siz də təlimə qoşulmaq istəyirsinizsə, aşağıdakı nömrə ilə əlaqə saxlaya bilərsiniz:


📞 +994 10 236 50 99