8–9 oktyabr 2026-cı il tarixlərində “Sustainable Development and Circularity Policies” (“Davamlı inkişaf və dövriyyə iqtisadiyyatı siyasətləri”) mövzusuna həsr olunmuş IV Practical Science and Public Administration Symposium – IV Praktiki Elm və Dövlət İdarəçiliyi Simpoziumu keçirilir.
Beynəlxalq elmi tədbirdə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının professoru Vilayət İsmayılov da iştirak edərək, davamlı inkişaf, səmərəli idarəetmə və dövriyyə iqtisadiyyatının müasir çağırışları ilə bağlı məruzə ilə çıxış edib.
Çıxış zamanı davamlı inkişafın təmin olunmasında elmi yanaşmaların, innovativ idarəetmə mexanizmlərinin və resurslardan səmərəli istifadənin əhəmiyyəti vurğulanıb. Həmçinin dövriyyə iqtisadiyyatı prinsiplərinin tətbiqi, təbii resursların qorunması, tullantıların azaldılması və iqtisadi inkişafla ekoloji dayanıqlılığın uzlaşdırılması məsələlərinə diqqət yetirilib.
