Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əmək və Sosial Münasibətlər Akademiyasında həmkarlar ittifaqlarının gender məsələləri üzrə məsul şəxsləri üçün təlim keçirilib.
İki gün davam edən və 25 nəfər iştirakçının qatıldığı təlimin məqsədi həmkarlar ittifaqları sistemində gender bərabərliyinin təmin edilməsinə dəstək göstərmək, bu sahə üzrə məsul şəxslərin bilik və bacarıqlarını artırmaq, iştirakçıları müasir yanaşmalar barədə məlumatlandırmaq olub.
İştirakçılara gender bərabərliyi, əmək münasibətlərində gender məsələləri, qadınlar və kişilər üçün bərabər imkanların təmin olunması, ayrı-seçkiliyin qarşısının alınması və gender siyasətinin həyata keçirilməsində həmkarlar ittifaqlarının rolu barədə məlumat verilib. Təlimdə praktik nümunələr təqdim edilib, fikir mübadiləsi aparılıb.


