28 sentyabr 2026-cı il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİİTA) dəstəyi ilə tələbələr arasında “Hər gedişlə Zirvəyə doğru” adlı şahmat turniri keçirilib.
Turnir zamanı tələbələr öz şahmat bacarıqlarını nümayiş etdirərək müxtəlif qarşılaşmalarda mübarizə aparıblar. Gərgin və maraqlı mübarizə şəraitində keçirilən turnirin sonunda qaliblər müəyyənləşdirilib.
Turnirdə fərqlənən tələbələrə diplom və sertifikatlar təqdim olunub.







