Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) “AHİK könüllüləri” layihəsinin iştirakçıları Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında olublar.
AHİK könüllüləri kitabxananın zəngin informasiya-biblioqrafiya fondu, nadir nəşr nümunələri, müasir standartlara cavab verən elektron resursları və müxtəlif mövzuları əhatə edən xüsusi kolleksiyaları ilə tanış olublar.
Kitabxana əməkdaşları gənclərə müəssisənin tarixi, fəaliyyət istiqamətləri, dövlətçilik tariximizi əks etdirən nəşrlər barədə ətraflı məlumat veriblər.
AHİK könüllüləri Prezident Kitabxanasının rəsmi oxucuları sırasına daxil ediliblər. Bu təşəbbüs gənclərin şəxsi və peşəkar inkişafına, elmi-tədqiqat prosesinə cəlb olunmasına, eləcə də gələcək fəaliyyətlərində etibarlı informasiya mənbələrindən səmərəli istifadə imkanlarının genişləndirilməsinə mühüm töhfədir.


