11 sentyabr tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında Açıq Qapı Günü keçirildi.
Tədbir çərçivəsində yeni qəbul olan tələbələr və onların valideynləri akademiyamızın tədris mühiti, maddi-texniki bazası, təhsil imkanları və həyata keçirilən layihələri ilə yaxından tanış oldular.
Eyni zamanda müəllim heyəti ilə ünsiyyət quraraq onları maraqlandıran suallara cavab almaq imkanı əldə etdilər.
Yeni tələbələrimizi AƏSMA ailəsinə qoşulmaları münasibətilə təbrik edir, onlara uğurlu və yaddaqalan tələbəlik illəri arzulayırıq!






