Sentyabrın 8-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı olan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə Xaçmaz rayonunda yerləşən “Təhsil” İstirahət Mərkəzində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində tələbələrin Yay Düşərgəsi keçirilib.
Düşərgənin keçirilməsində əsas məqsəd tələbələrin asudə vaxtının səmərəli təşkili, onların dünyagörüşünün genişləndirilməsi, şəhərsalma və memarlıq sahəsinə dair biliklərinin artırılması, həmçinin gənclər arasında sosial fəallığın və qarşılıqlı ünsiyyətin inkişaf etdirilməsi olub.
Düşərgədə müxtəlif ali təhsil müəssisələrinin tələbələri iştirak ediblər.

