Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əmək və Sosial Münasibətlər Akademiyası (AƏSMA) ilə Özbəkistan Həmkarlar İttifaqları Federasiyasının İxtisasartırma İnstitutu arasında videokonfrans formatında işgüzar görüş keçirilib.
Tərəflər təhsil sahəsində əlaqələrin genişləndirilməsi, müəllim və tələbə mübadiləsi, süni intellektin tədris prosesində tətbiqi, eləcə də birgə layihələrin həyata keçirilməsi imkanlarını müzakirə ediblər.
Qeyd edək ki, ötən il AƏSMA-da Özbəkistan həmkarlar ittifaqlarının nümayəndələri üçün əmək hüquqları, əməyin mühafizəsi, təhlükəsiz iş şəraitinin təmin edilməsi mövzularında təlimlər keçirilib.