Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) “Süni intellekt üzrə təməl bacarıqlar” mövzusunda ikigünlük təlim təşkil edilib.
Konfederasiya əməkdaşlarının iştirak etdiyi təlimin məqsədi işçilərin süni intellekt sahəsində baza bilik və bacarıqlarını inkişaf etdirmək, iş prosesində rəqəmsal alətlərdən səmərəli istifadə üzrə praktiki vərdişləri gücləndirmək olub.
Təlim zamanı iştirakçılara süni intellektin tətbiq sahələri, texnologi imkanları, süni intellektdən istifadə qaydaları, müxtəlif süni intellekt alətləri ilə effektiv işləmə prinsipləri barədə ətraflı məlumat verilib.
Proqram çərçivəsində interaktiv tapşırıqlar və praktiki məşğələlər də təşkil olunub. İştirakçılar əldə etdikləri nəzəri bilikləri tətbiq edərək süni intellekt alətlərindən istifadə bacarıqlarını daha da təkmilləşdiriblər.
Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.








