Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) “Redaktorlar Məktəbi” layihəsi çərçivəsində “Elmi nəşrlərin beynəlxalq elmmetrik meyarlara uyğunlaşdırılması” mövzusunda növbəti təlim təşkil olunub.
Layihənin rəhbəri, AƏSMA-nın beynəlxalq əlaqələr üzrə prorektoru Xəyalə Məmmədova elmi məqalələrin strukturlaşdırılması, beynəlxalq elmmetrik bazalara inteqrasiyası, elmi nəşrlərin keyfiyyətinin artırılması və süni intellekt texnologiyalarının tətbiqi ilə bağlı təqdimatla çıxış edib.
Təlimdə AƏSMA-nın “İqtisadiyyat və idarəetmə” kafedrasının müdiri, iqtisad elmləri doktoru Vilayət İsmayılov akademik yazı strategiyaları və təcrübə mübadiləsi mövzusunda çıxış edərək iştirakçılarla praktiki tövsiyələrini bölüşüb.
Təlim müzakirələrlə davam edib, iştirakçıların sualları cavablandırılıb.



