Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Aqrar, Ekologiya və Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin dəstəyi ilə Aqrar Xidmətlər Agentliyinin aparatı və tabe qurumlarında çalışan 30 nəfər əməkdaşı Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında keçirilən “İlk yardım” və “Yanğın nəzarətçisi” təlimlərində iştirak edib.
Təlimlərin keçirilməsində əsas məqsəd üzvlərin fövqəladə hallara qarşı hazırlıq səviyyələrinin artırılması, əməyin təhlükəsizliyinin təmin olunması istiqamətində təhlükəsiz əmək şəraitinin təşviq edilməsidir.


