“Müəssisələrdə ISO Standartlarının əhəmiyyəti və tətbiqi” mövzusunda seminar keçirilib.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əmək və Sosial Münasibətlər Akademiyasında “Müəssisələrdə ISO Standartlarının əhəmiyyəti və tətbiqi” mövzusunda seminar keçirilib.

Seminarda müəssisələrdə keyfiyyət, əməyin mühafizəsi və idarəetmə sistemlərinin beynəlxalq standartlara uyğunlaşdırılmasının vacibliyi vurğulanıb. ISO standartlarının tətbiqinin təşkilatların səmərəliliyinin artırılması, risklərin azaldılması və beynəlxalq rəqabət qabiliyyətinin gücləndirilməsində mühüm rol oynadığı qeyd edilib.

Təlimçi qismində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əmək və Sağlamlığın Mühafizəsi şöbəsinin müdir müavini Aysel Quliyeva çıxış edib. O, ISO standartlarının müəssisələrdə düzgün tətbiq mexanizmləri, əməyin mühafizəsi sistemləri və təhlükəsiz iş mühitinin yaradılmasında beynəlxalq təcrübənin əhəmiyyəti barədə ətraflı məlumat verib.

Seminar interaktiv formatda davam edib və iştirakçıların sualları cavablandırılıb.