“İnklüziv təhsilin hüquqi mexanizmləri – milli təcrübə” mövzusunda tədbir keçirilib

10 iyun 2026-cı il tarixində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əmək və Sosial Münasibətlər Akademiyasında “İnsan Hüquqları Aylığı” çərçivəsində “İnklüziv təhsilin hüquqi mexanizmləri – milli təcrübə” mövzusunda tədbir keçirilib.


Tədbirdə inklüziv təhsilin hüquqi əsasları, beynəlxalq təcrübə, təhsil hüququnun təminatı və bu sahədə mövcud çağırışlar müzakirə olunub. Çıxış edənlər inklüziv təhsilin inkişafı, əlçatan təhsil mühitinin formalaşdırılması və tələbə hüquqlarının qorunması istiqamətində fikir və təkliflərini bölüşüblər.