Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təmsilçisi karate üzrə Avropa çempionu adını qazanıb

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının tabe təşkilatı Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİİTA) karate üzrə məşqçi-müəllimi Mədinə Sadıqova Almaniyanın Frankfurt şəhərində keçirilən Avropa çempionatında qızıl medala layiq görülüb.


AHİİTA-nın təmsilçisi 55 kiloqram çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.


Mədinə Sadıqova bu uğuru ilə həm də böyüklər arasında Avropa çempionu olan ilk azərbaycanlı qadın karateçidir.


İdmançımızı təbrik edir, yeni qələbələr arzulayırıq.