AƏSMA-nın professoru beynəlxalq simpoziumda çıxış edib

AƏSMA “İqtisadiyyat və idarəetmə” kafedrasının müdiri, prof. dr. Vilayət İsmayılov Tekirdağ Namık Kemal Universiteti tərəfindən təşkil edilən “I International Symposium on Sustainable Development and Resource in the 21st Century” adlı simpoziumda 20–21 may 2026-cı il tarixlərində iştirak etmiş və “Factors and Conditions Influencing the Development of Innovation in the Country” mövzusunda çıxış etmişdir.

Simpoziumda Amerika, Avropa və Asiya ölkələrinin qabaqcıl universitetlərindən 30-dan çox görkəmli tədqiqatçı iştirak etmişdir.