13 may 2026-cı il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında “Gənclərin məşğulluğu, sosial məsuliyyəti və hüquqları” mövzusunda üçgünlük təlim proqramına start verilib.
Təlim proqramının ilk günü çərçivəsində “Gənclərin əmək bazarında mövcud vəziyyəti” mövzusunda təqdimat keçirilib. Təqdimatda əmək bazarında gənclərin qarşılaşdığı çağırışlar, məşğulluq imkanları və mövcud inkişaf perspektivləri barədə ətraflı məlumat verilib.
Proqram çərçivəsində həmçinin “Könüllülük fəaliyyəti və ictimai təşəbbüslər” mövzusunda təlim təşkil olunub. Təlim iştirakçılarına könüllülük fəaliyyətinin şəxsi inkişaf, sosial məsuliyyət hissinin formalaşması və ictimai fəallığın artırılmasındakı rolu barədə məlumat təqdim edilib.
Qeyd edək ki, təlim proqramı 15 may tarixinədək davam edəcək. Növbəti günlərdə iştirakçılar üçün təcrübə proqramları, könüllü iş imkanları, gender bərabərliyi və ayrı-seçkiliyin qarşısının alınması, emosional zəka, eləcə də sosial mediada məsuliyyətli davranış mövzularında təlimlər keçiriləcək.



