Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Bilik yarışı” intellektual oyunu keçirilmişdir


Tədbir tələbələrin intellektual inkişafının dəstəklənməsi, onların milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsi məqsədi daşımışdır. Tədbirin açılışında çıxış edən Akademiyanın prorektoru Xəyalə Məmmədova gənclərin maariflənməsi və bu kimi intellektual layihələrin əhəmiyyətindən bəhs etmişdir.


Daha sonra çıxış edən Tədris və keyfiyyətin təminatı şöbəsinin müdiri Məmmədtağı Rzayev fəlsəfi yanaşmalar, müasir dövrdə gənclərin düşüncə tərzi, fərdi inkişaf və özünüifadə mövzularına toxunmuşdur.


Tədbirdə çıxış edən Sosial iş fakültəsinin dekanı Nurəngiz Mikayılova tələbələrin bilik yarışlarında və elmi fəaliyyətlərdə iştirakının onların gələcək peşəkar inkişafında mühüm rol oynadığını vurğulamış, iştirakçılara uğurlar arzulamışdır.


İntellektual yarış zamanı tələbələr komandalar şəklində müxtəlif mövzular üzrə biliklərini sınamış, qaliblər I, II və III yerlər üzrə hədiyyələrlə mükafatlandırılmışdır. I yerə layiq görülən iştirakçılar sertifikatla təltif edilmiş, yarışda iştirak edən bütün tələbələrə isə təşəkkürnamələr təqdim olunmuşdur.