Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan “Ulu öndərin tarixi missiyası – zəfərə aparan yol” adlı tədbir keçirilib.
Tədbir iştirakçıları Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, əziz xatirəsini ehtiramla yad ediblər. Ardınca Ulu Öndərin və Vətən uğrunda şəhid olan qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla anılıb, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonda Yeni Azərbaycan Partiyasına yeni qoşulan gənclərə üzvlük vəsiqələri təqdim olunub, ictimai-siyasi fəaliyyətdə fərqlənən şəxslər və qazilər fəxri fərmanlarla təltif edilib, tədbir bədii hissə ilə davam edib.

















