Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında 05 may 2026-cı il tarixində “Riyaziyyat və informasiya texnologiyaları” kafedrası və Maliyyə-İqtisad fakültəsi TEC-in təşkilatçılığı ilə “Şəhərsalma və memarlıqda texnoloji, iqtisadi və ekoloji aspektlər” mövzusunda Tələbə Elmi Konfransı keçirilib.
Tədbirin əsas məqsədi şəhərsalma və memarlıq sahəsində texnoloji, iqtisadi və ekoloji yanaşmaların təhlili, tələbələrin elmi-tədqiqat bacarıqlarının inkişaf etdirilməsi və onların innovativ ideyalarının təqdim olunması üçün əlverişli platformanın yaradılması olub. Konfrans çərçivəsində müxtəlif mövzular üzrə məruzələr dinlənilib və müzakirələr aparılıb.



