Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının İxtisasartırma və Kadrların İnkişafı Mərkəzində AHİK və onun üzv və tabe təşkilatlarının əməkdaşları üçün “Satınalmaların təşkili və idarə olunması” mövzusunda təlim təşkil olunub.
Təlim zamanı iştirakçılara satınalma proseslərinin planlaşdırılması, təşkili və idarə olunması ilə bağlı nəzəri və praktiki biliklər təqdim edilib, bu sahədə mövcud yanaşmalar və tətbiq mexanizmləri müzakirə olunub. Təlimin məqsədi əməkdaşların bu sahədə bilik və bacarıqlarının artırılması, effektiv və şəffaf idarəetmə mexanizmlərinin tətbiqinə dəstək göstərmək olub.












