30 aprel 2026-cı il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında “Sağlam psixososial iş mühitinin yaradılması: çağırışlar və həll yolları” mövzusunda elmi seminar keçirilib.
Tədbirdə psixososial stressin sağlamlığa təsiri, akademik və tədris mühitində mövcud risklər, eləcə də iş mühitində tükənmişlik sindromu müzakirə olunub. Çıxış edənlər mövcud problemləri və onların həlli yollarını iştirakçıların diqqətinə çatdırıblar.
Seminar müzakirələrlə davam edib, iştirakçıların sualları cavablandırılıb. Tədbirin sonunda əsas nəticələr ümumiləşdirilərək sağlam psixososial mühitin əhəmiyyəti vurğulanıb.



