AƏSMA-da “Büdcə və maliyyənin idarə edilməsi” mövzusunda təlimə start verilib

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında “Büdcə və maliyyənin idarə edilməsi” mövzusunda təlimə start verilib


29 aprel 2026-cı il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının İxtisasartırma və Kadrların İnkişafı Mərkəzində “Büdcə və maliyyənin idarə edilməsi” mövzusunda 3 günlük təlimə start verilib. Təlim 29 aprel – 1 may tarixlərini əhatə edəcək.


Təlimin əsas məqsədi iştirakçılara büdcə planlaşdırılması, maliyyə resurslarının səmərəli idarə olunması, dövlət büdcəsinin icrası və analitik təhlil istiqamətində müasir yanaşmalar barədə bilik və bacarıqların aşılanmasıdır.