Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının İnnovativ laboratoriyasının İnteraktiv dialoq məkanında “Əmək hüquqlarının qorunmasında həmkarlar ittifaqlarının rolu” mövzusunda təlimə start verilib.

22–24 aprel tarixlərini əhatə edən və 3 gün davam edəcək təlim əyani formatda təşkil olunur.


Təlimin əsas məqsədi iştirakçıların əmək hüquqlarının müdafiəsi sahəsində bilik və bacarıqlarını artırmaq, həmkarlar ittifaqlarının bu istiqamətdəki rolunu daha dərindən izah etmək, həmçinin praktik yanaşmaları təqdim etməkdir. Proqram çərçivəsində əmək qanunvericiliyi, işçi hüquqlarının qorunması mexanizmləri, sosial dialoq və kollektiv müqavilələrin əhəmiyyəti kimi mövzular müzakirə olunur.