Uşaqlar arasında texnoloji olimpiada keçirilib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin dəstəyi ilə Avropa Azərbaycan Məktəbində “Code Fest 2” olimpiadası keçirilib.

Proqramlaşdırma, robot texnikası və rəqəmsal yaradıcılıq sahələrini əhatə edən olimpiadada 4-15 yaş arası 200-ə yaxın uşaq və yeniyetmə 11 müxtəlif kateqoriya üzrə yarışıblar.

Olimpiada zamanı iştirakçıların bilik və bacarıqları müvafiq sahə üzrə peşəkar münsiflər heyəti tərəfindən qiymətləndirilib, qaliblər diplom, sertifikat və müxtəlif hədiyyələrlə təltif olunublar.

Tədbir çərçivəsində texnologiya stendləri qurulub, innovativ layihələrin təqdimatı keçirilib.

Qeyd edək ki, “Code Fest 2” olimpiadası uşaqların texnologiyaya marağının artırılması, analitik düşünmə və yaradıcılıq bacarıqlarının inkişaf etdirilməsi məqsədilə təşkil edilən təhsil platformasıdır