Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Müasir Şəhərsalma Vizyonu: Süni intellekt, rəqəmsallaşma və iqlim fəaliyyəti ilə uyğunlaşdırılması” mövzusunda Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə Magistrantların Respublika Elmi-Tədqiqat Konfransı keçiriləcəkdir.
Konfransın təşkilində əsas məqsəd gənc tədqiqatçılar üçün önəmli bir platforma olmaqla yanaşı, onların akademik potensialının inkişaf etdirilməsinə töhfə vermək, ideyalarının inkişaf etdirmələrinə imkan yaratmaqdır.
Konfrans tarixi: 08 May, 2026-cı il
Konfransın işçi dilləri: Azərbaycan, rus, ingilis
Tezislərin son qəbul tarixi: 25 aprel, 2026-cı il
Konfransın mövzuları:
• “Ağıllı şəhər” və “ağıllı kənd” infrastrukturu
• Nəqliyyatın logistikası
• Ağıllı sistemlər və tətbiqlər
• Kompüter Texnologiyaları və Proseslərin Avtomatlaşdırılması
• Kibertəhlükəsizlik və İnformasiya Texnologiyaları
• Elektrik Mühəndisliyi və Yaşıl Enerji Texnologiyaları
• Enerji və ekoloji inteqrasiya
• Kimya Texnologiyası, Metallurgiya və Yeni Materiallar
• Maşınqayırma, Maşın Elmi və Robototexnika
• Telekommunikasiya və Radio Mühəndisliyi
• Ərtaf mühitin bərpası üçün həll yolları
• Sosial-İqtisadi İnkişaf Trendləri
• Sosial xidmətlərdə inklüzivlik və süni intellektin tətbiqi
• Müdafiə Sənayesi Texnologiyaları və Materialları
• Təbiət və Dəqiq Elmlər
• Humanitar Elmlər
Konfrans tezislərinin tərtibat qaydaları
-Tezisin adı (12 punto, böyük hərflərlə, qalın şriftlə, ortada);
-Müəllifin s.a.a (tam) (kiçik hərflər, qalın şriftlə, ortada);
-İş (təhsil) yeri (kiçik hərflər, ortada);
-E-mail (kiçik hərflər, ortada) və whatsapp əlaqə nömrəsi.
-Orcid ID kodu (kiçik hərflər, ortada); (orcid.org-da qeydiyyatdan keçib ala bilərsiniz.)
-Xülasə (maks.200- min.100 söz) və açar sözlər (4-5 rəqəm) verilməlidir.
-Ədəbiyyat siyahısı: məqalənin sonunda “Ədəbiyyat” siyahsı əlifba sırası ilə tərtib edilir. Mətndə ədəbiyyata istinadlar aşağıdakı qaydada göstərilir:
Tezislər üçün ədəbiyyat göstərmək şərt deyil.
Tezislər təqdim olunduğu dildə , xülasəsi isə konfransın digər 2 dilində təqdim edilməlidir.
Tezislərin hazırlanması üçün qoyulan tələblər
Mətnin formatı: Microsoft Word (*.doc, *.docx)
Səhifənin formatı: А4 (210x297 мм);
Oriyentasiya: kitab;
Sahələr (yuxarı, aşağı, sol, sağ): 2,5 см;
Çap: Times New Roman, ölçü (keql) – 12;
Sətirlərarası interval: 1,5;
Paraqraf abzası: 1.25
Tezisin həcmi: maks. 2 səh.
Mətnin orijinallığı: ən azı 70 %
Tərtibat qaydalarına uyğun olmayan tezislər qəbul edilməyəcəkdir.
Konfransda iştirak üçün:
Tezislərinizi [email protected] ünvanına göndərin. (Telefon nömrənizi, pdf və ya çap olunmuş jurnal istəyib-istəmədiyinizi yazın.)
Elmi konfransın sonunda tezisləri qəbul edilmiş iştirakçılara sertifikat veriləcək və onların məqalələri Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tövsiyə edilən dövrü elmi nəşrlərin siyahısına daxil edilən "Elm və İnnovativ Texnologiyalar” beynəlxalq elmi araşdırmalar jurnalının Konfrans materialı formatında dərc ediləcəkdir.
Jurnal haqqında əlavə məlumat üçün : https://www.ejsr.cloud/
Konfrans materialları ISBN və DOI nömrələri ilə tam təmin olunacaqdır.
Qeyd: Məqalələr elektron formada həm jurnalın , həm də Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının saytında yerləşdiriləcəkdir.
Konfransın Təşkilat komitəsinin ünvanı: Bakı şəhəri, Azadlıq prospekti 181,
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası.
Əlaqə telefonları: (+994 12) 563-06-88
(+ 994 70) 384-35-33